Millət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.Yığıbsan başına bir bölük dığa,Demə ki, onlardan bir hünər gəlir.

Uyma canfidaya, o qaxdağana,Bir gün şəhərini verər talana.Nə Bakıya bənzər, nə də Şirvana,Hazır ol üstünə yüz min ər gəlir.

Şörəyel sancağı yalnız qalıbdı,Ağbaba bu işə müştaq olubdu,Min beş yüz Çıldırlı hazır gəlibdi,Keçib başı-candan, sərbəsər gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland