Bir rəsmi məclisdə ana dilimizdə kəlmə kəsən olmadı. Təkcə təbrikə gələn uşaqlardan biri iki bənd şeir dedi...

Boynu qalstuklu körpə çiçəyim,Bu boyda məclisdəsəndən savayıöz ana dilində kəlmə kəsərək

bir nəfər danışan olmasa belə,ədalı xanımlar, harın kişiləroxuyub keçsə də yad bir havanısıxılma, əzizim,darıxma canım!səni bu daş duyar, bu divar duyar,Səni bu göy duyar, bu hava duyar...

Şer söylədiyin cingiltili sosnə sənin səsindi, nə mənim səsim.Çiçək pıçıltısı,şimşək çaxışı,könül hayqırışı –Vətənin səsi!

Salonu titrədən büllur haraylaTanrının özüdü danışan bu gün.Torpağın təpəri gəlib səsindəyatmış vicdanları oyatmaq üçün.Yoxsa bu güc hardan, bu sehr hardan,Yoxsa bu möcüzə, bu işıq hardan.Yoxsa ki, bu bülbül zənguləsindənÇoxları çaşmazdı dal sıralarda.

Boynu qalstuklu körpə çiçəyim,sinəndən fışqıran səsin bu axşamgüclüdür Koroğlu nərəsindən də,güclüdür raketlər hədəsindən də!Köksünə sıxılıb bir elin ruhu,Ulduz təbəssümü, çeşmə nəğməsi.Bir körpə çiyninə yüklənib gələnTarixin səsidir, tarixin səsi!

Beləcə bir səsə söykənir vətən,Arxayın-arxayın ölməzliyinə.Beləcə bir səsdən asılır VətənYanır başım üstə günəştək yenə!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland