Tənhayam, təkəm
Necə ki dağların lal çığırıylaYol aldım, qarşıda sirli gələcək,Halını pozmadı səbrli kəndlərHalını pozmadı o daş, o çiçək...Bir kasıb atanın, kasıb ananınTənbehə bənzəyən nazını görmüşHər payız qoşulub durna səfinə,Sonra da qaranquş yazını görmüş,Elə qalmışam... Qırx yaşında da,Yolların çəkilməz yükünü çəkən,Sorağı dillərlə...tənhayam, təkəm!
Tanınmaz yaşayan dadlı bulaqlarVerər nəğməsini çaya beləcə,Min-min çiçək açar, göz tamarzısı,Ətrini dünyaya yayar beləcə,Bir yarpaq açılar, bir yarpaq solar.Hətta ağac duymaz, budaq titrəməz,Qaya ovxalanar dağlar döşündəYalvarıb zamana asta ol! – deməz...Bir yarpaq ömrüdü, bir daş ömrüdü,Bir budaq ömrüdü ömrümüz bəlkə.Zamanın ovcunda qum dənəsi təkNə qədər sıxılsam...tənhayam, təkəm.
Siz də beləsiniz, elə baxmayın,Çiynində sevgili çiynini duyan.Körpə əllərini əlac yerinəHər səhər ümidlə alnına qoyan,Bəzən bir avaza, bəzən bir sözəMinimiz köklənib birdən qalxsaq da,Bir canam, bir ruham, millətəm deyibBir haya sıçrayıb yerdən qalxsaq da,Hərəmiz bir ayrı nar dənəsiyikhərəmiz dərdini ayrıca çəkən...Sizdən bircə anlıq ayrılmasam da,Sizin aranızda –tənhayam, təkəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-tenhayam-tekem
Use ← → keys to move, R for a random poem