Dünya dili
Adamlar dilimi bilməyən yerdəTorpağa baxıram, daşa baxıram.Ağaca baxıram, quşa baxıram,Ulduzlar – gözümü göylərdən asan,Sulara deyirəm sözümü asan.Onsuz da göy dili hər yerdə birdi!Mateor yağışı, ildırım səsi...Onsuz da nə vaxtsa təbiət olubİnsanın insanla tərcüməçisi.
Milyonlar əl açır bir oda doğru,Bəlkə yerin dili çörək dilidi?Səssiz pıçıltısı hamıya doğmaDünya tərcümanı – çiçək dilidir!Zirvələr arzunu yığır bir yerə,Məzar daşları var ömrün nidası,Ən uzun beytimi göy kitabındaÖlkədən ölkəyə durnalar yazır!Köhnə vurğunuyam dan işığının,Sübhün bir teli də məni yandırır.
Günəş-kainatın dil öyrədəni,Hər yeri eyni cür işıqlandırır.Dəyişməz sevgimdi yaz yağışları,Gah isti, gah soyuq əsən küləklər.Hər yerdə qəfildən kəsib yolumuDost kimi üstümə töküləcəklər.Qayanın mamırı, suyun qırçını,Durnanın lələyi, yolun daşıyam.Mən dünya dilini bildiyim üçünYerin şair adlı vətəndaşıyam.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-dunya-dili
Use ← → keys to move, R for a random poem
More by this author
Bir yoldaşın tez-tez verdiyi “məsləhət”*Mən belə bir adam gördüm cavan yaşımda,
M.Ə. Sabirin məzarı üstündəİlk dəfə gəlmişəm məzarın üstə,Dağıtdım nigaran bir həsrətimi.
BarışıqSevinc atlı, biz piyada –Yüzillərlə yüyürmüşük arxasınca.
Evə qayıdaramEvə qayıdaram qaş qaralanda,Dağlardan ahəstə yelə əsən zaman.