Bir yoldaşın tez-tez verdiyi “məsləhət”

Mən belə bir adam gördüm cavan yaşımda,Mən belə bir qaya gördüm durub qarşımda,Mən belə bir zülmət gördüm yollara enən,Ürək yeyən bir ətalət qurdunu gördüm.

“Nə işin var” deyə-deyə bizi yatıranƏlsiz qoyar, dilsiz qoyar yurdunu, gördüm...

Ey balaca bir obadan gələn yollarım,Qədəmimə düzlük dərsi vermisən, şükür!Üstündəki hər çiçəyi üzü günəşə,Gözü gülər, başı uca görmüsən, şükür!..

Üfürülmüş bir şar kimi bir iynəyə bəndBu izzəti, bu hörməti ayaqlayaram.Kişiləri qapılarda sümsük eləyənPay verilən o şöhrəti ayaqlayaram.

Xətt çəkərəm bu kiflənmiş əxlaq dərsinə,“Ağıllıdır, utancaqdır – başı aşağı!”Böyüklərin dəbdə olan bu tərifindənBaşımıza bir qorxunun daşları yağır...

Kölə qorxu, aciz qorxu mənə deyir ki,Başım qalxsa, həqiqətə baxa bilərəm.Fil bildiyim qarışqanın xırdalığınıÇaşıb birdən öz başına qaxa bilərəm!

Gərək deyil mənə belə dost məsləhəti,Əzabından dərs almışam utancaqlığın.Öz sözünü vahiməylə qısıb saxlayanÜrəklərin infarktına diqqətlə baxın!..

Tariximin hər vərəqi mənə bir ibrət:Başaşağı geri döndük Araz üstündən.Başıaşağı bir heykəl yon Culfa yolunda,Ümidimi kəfən kimi, cır, as üstündən...

Babaların bir “barışda” susmuşdu, qardaş,Sonra onlar buna görə söyülən oldu.Qılınc ilə vurulmasa əyilməyən başTərif üçün hər hüzurda əyilən oldu...

Mən yurdumda qonaq kimi gəzdiyim zamanNobellərin banklarına axıb dolmuşam.Öz-özümü gözdən salıb unutduğumdanÖzgəsinin yanında da unudulmuşam.

Başaşağı – bir ayrılıq sərhəddi artar,Başaşağı – qanadlanıb uça bilmərik!Öz əlimlə öz qapıma vurduğum açarTilsimlənər, baş çıxarıb aça bilmərik!..

22.VIII.1979

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets