Gərək biz bacaraq qurban verməyi,Bacaraq od tutub alışmağı da.Məsləksiz dostları atıb cərgədən,Onların yerinə çalışmağı da...Ucalıq su dəymiş zəmilər kimi,Hər gün qoy duzlansın göynək yaralar.Ömür qızıl yüklü gəmilər kimiDoğma sahillərə nə vaxt yan alar;Birdən sahillər də yay tek gərilibBizi bir ox kimi dünyadan atsa,Əgər o əl deyil, sınıq qanadsa, –Yenə biz uçmağı gərək bacaraq.Yuxunu köhnəlmiş bir çarşab kimi,İstirahət üçün dolaşdığımızSahil yollarını çürük sap kimiAtaq ömrümüzdən, ürəyimizdən,Keçək duzumuzdan, çörəyimizdən,Keçək əlimizin ipəkliyindən,Keçək çəkməmizin düz dabanından,Salaq namərdləri torpağın üstə,Onlar şan-şan olsunqəzəbimizinÇəkic yumruğundan, biz dabanından,Hər an hazır olaq qurban verməyə –Qara saçımızı – dümağ həsrətəYaltaq barışığı kişi nifrətəSonra nədən keçəkSonra cərrahtəkKəsək ruhumuzu, düşüncəmiziOrda yaxşıyla pis saçaq-saçaqdır.Kəsib tullamasaq pisliyimizi,Kim bizi rəhm edib sağaldacaqdır...Gərək biz bacaraqbir gün açaraqÖmrü buludların yaxası kimiOrdan paraşütlə tullanmağı da,Ölümün yanına, sevgilimiztək,Tələsə-tələsə yollanmağı da...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets