Zaman məndən keçir, keçir durulur,Ürəyim əbədi sevgi süzgəci,Sevgi ürəyimdən keçir durulur.Günəşin işığı, ayın işığıQayğılı gözümdən keçib durulur.Fikir burulğanı dağ çaylarıtəkSıxılmış sözümdən keçib durulur.Nəyi saxlamadım, nəyi saxladım? –Dəyir sınaqların zərbəsi mənə.Keçirtdim tarixi əsəblərimdən,Dünənlə sabahın körpüsü mənəm!

Bitmişəm yer ilə göy arasında –Bu süzgəc ilahi iradəsidir.Kimsə eşitməyən nəğmələr keçir.Ulduz pıçıltısı, duman səsidir.Keçir ürəyimdən millətin ruhu.Bir üzü ucalıq, bir üzü qorxu.Min ilin qanıdır – içimdə diri,Dünyada kim ölür? Yaddaşı itən!Ürəyim bir qaçqın düşərgəsidi,Keçir körpələrin göz yaşı məndən.Keçir yüz illərin məğlubiyyəti,Üç qitə yolunda ayağım yorğun.Vətən güclüdürsə, ucadı bayraq,Vətən çəkiləndə bayrağım yorğun...İlk nədi, son nədi – ürəyim duyur.Keçmişə yol alan köçürmüş məndən.Zamana qoşulub bir ömür boyuTanrının özü də keçirmiş məndən.

1995

Məncə, o şey ki, təbii şəkildə aradan çıxır onu zorla qoruyub saxlamaq olmaz. Keçmiş formalar nə vaxtsa öz işini görüb qurtarır; yeni silah tapılanda köhnələr qiymətini itirir. Forma da paltar kimidir, köhnələndə atılır. Ola bilsin ki, bu köhnə paltar sənə çox yaraşırdı və heç beləsini tapmaq olmayacaq da! Amma nə etməli?

Şer öz zamanına bənzəyir. Keçmişin şeri keçmişə, indinin şeri indiyə.

Əsas ifadə forması deyil, ifadə olunandır. Keçmişdə görüşə at üstündə, arabada gedirdilər, indi maşınla gedirlər, görüşə aparan duyğunun mahiyyəti isə dəyişilməyib...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets