Bakı qəbul eləmir
Ömrümün sonu gələ qəzada, – istəmirəm,Bu ölüm yox, zülümdü, cəzadı, istəmirəm!Gərək qapını döyə elçiləri son anın,Ola öz ölümünü qarşılamaq imkanın.Xofuyla, qorxusuyla biləsən kimdi, nədi,Əzrayıl bizim üçün nə belə divanədi?..Oturub yol üstündə söz deyib, kəlmə kəsəkSonra da arxasınca haqq evinə tələsək...
Nə dənizdə, nə göydə, gəlsin torpağın üstə,Yarpaqların səsini eşidim son nəfəsdə.Görüm ki, başım üstə yenə ucadı dağlar,Bir kənd yolu xəbərsiz, xatirəmi soraqlarO qızıl qayadandı üstümə dikilən daş,Gizli göz yaşı axır ürəyə yavaş-yavaş...
Gələ, fürsət gəzmədən, vaxtında, kişi kimi,Ölümə əl uzadam, növbəti işim kimi!..
Yanvar, 1992
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-baki-qebul-elemir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Məhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
GəlinYolunu salıbsan çeşmə başından,Qorxuram gələsən nəzərə, gəlin!
Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəriQalx, könül, pərvaz elə, eylə tələb bir səfəri,Xabi-röyada qasid verdi mana vay xəbəri.
Ruhun şad olsunDedi məzarımı kəndimdə qazın,Yanıma bir fırça qoyun, bir çiçək.