Bir ömrü əritdik
Bir ömrü əritdikqürbət yollarına bənzərkirayənişinlik yollarında.Bir ömrü də olasürgün yolları üçün!Bir ömrü Şimalınəyləncəsi aldı,Bir ömür də gərəkCənubun açıq qolları üçün!
Bir ömrü itirdikmələk qızlarıngörüşlərində.Dünyanı unudubƏylənib-gülmək asan...Bir ömür də olakimsə görüşünə gəlməyə,həsrətdən yazasan!
Küçəyə, bazara,dəniz sahilinə, arx qırağına,bir evin təsəlli kimisübhədək sönməyən çilçırağına,yad elə, yad evə, özgə səslərə,kəşfiyyat aparan gur həvəslərəqarışan anlarım, itən anlarımMənə yananlarım, aldananlarım...Sevgi yalvarışı...ayrılıq yaşı.Daşı bir ömürdə bu yükü, daşı!..
Bir ömrü xərclədiksəxavət ilə –Cənub qurumuz “qalıq” istəməz.Buyur, həyatımın bir ayı sənin,
Ay xanım, istəsən ürəyimi kəs...Hər külün yanında düşərgə saldıq,Məhkumduq vaxt çəkən hər ahı sevək.Allahın dünyasın sevdik doyunca,Bir ömür də gərək Allahı sevək!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bir-omru-eritdik
Use ← → keys to move, R for a random poem