Yollarım
Bir ucu dənizdə, bir ucu göydəTorpaqdan Allaha çatan yollarım.Yamac əyrisində ilana dönübDüzün düzlüyündə yatan yollarım.
Dərədə qaranlıq, zirvələrdə dan,Keçər iqlimlərin hər havasından.Quzey payızından, güney yazındanYükünü doyunca tutan yollarım.
Ünvanı şərikdir çiçəklə daşın,Keçir arasından göz ilə qaşın,Dönüb körpüsünə yay ilə qışınPayızı bahara qatan yollarım.
Min ocaq səsləyir, min ev çağırır,Ən uzaq mənzilə yetir axırı,Cığal ədasını milyon cığırınAğsaqqal səbrində udan yollarım.
Asılıb dumanın bəyaz saçından,Köz alıb şimşəyin od ağacından,Məni biganəlik dolanbacındanAna qucağına atan yollarım.
14.VIII.1984
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-yollarim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
بر سر هر سنگ باد غالیهسای آمده است
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
AğlasınGöz yaşım naməsi qasid əlində,Oxuyub, əhvalım bilən ağlasın.
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.