Neçə yazılmamış şeirlərimiAtdım meydanların izdihamına,Qatdım millətimin gur ilhamına.Bircə söz saxladım “azadlıq” sözüDönüb yumruq olmaq öyrətdim ona.

Qul sözün istəyi qalmadı qanda,Mən bu gün ilhamla qılınc itidən.Qadınlar meydana od daşıyandaVar idi şeirlə evdarlıq edən!

Millətin bir sözü, bir yolu varkənƏqidə alveri qeyrətdən deyil.Bizimdi kəfəni boynuna geyən,Kəfən qısqancları millətdən deyil!

Çayxana bayquşu, restoran şiri,Evinin damında xoruzlananlar.Bu gün qəhrəmana dönüb hər biriDünən millətini nadan sananlar.

Yüz-yüz xatirə var ürək göynədən,Yaşayır qapılar gəzəyənlər də.Hər gün ölümünün üstünə gedən,Ya ona şayiə bəzəyənlər də.

Bu çirk canımıza yol tapıb haçan,Niyə öz pasına qurbandı dəmir?Dünən qorxa-qorxa cəbhədən qaçanBu gün kürsülərdən düşmək istəmir.

Qələm unuduldu, söz çıxdı yaddan,Ömrü qurban verib pay ummamışam.Çoxdu kürəyimə bıçaq saplayanƏl versə könlünə toxunmamışam.

Demişəm, a qeybət, özünü üzmə,Allah şahidimiz, düzü görəndi.A nadan, yoluma tikanlar düzmə,Bəxtim tikandan da çələng hörəndi.

Demişəm, ay həsəd, yenə nə işdi,Saçımız ağardı, yorulmadın bəs.Geniş ürəkliyə dünya genişdiMənim varlığımla yerin kiçilməz.

Demişəm, köhnə dost, çox da çəkmə qəm,Ha buzlat ürəyi, bahar solarmı?Mən də bu torpağı öyənlərdənəmVətən sevgisi də qısqanılarmı?

İş də unuduldu, şeir də bitdiDaha hesabım yox illərimizdən.Bizim taleyimiz şirin fürsətdiHesabı gələcək soracaq bizdən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland