Mən bu daş saçlara sığal çəkmişəm,nə qədər öpmüşəm bu daş üzündən,bu daş dodağından, bu daş gözündən,arı pətəyindən mən bal çəkmişəm.

Yer üzü vətəndi, qəbir də vətən,bu gözün ağıdı, o qarasıdı.Bizə indiyəcən olmayıb deyən, –bunun vətən hansı, qürbət hansıdı?!

Qız idin – sevinən, qaçan, güləyən,mənim ürəyimə od ələyən də.Səni mən olmuşam gəlin eləyən,bu daşlar içində daş eləyən də.

Ayrılıq əbədi bir qəmdi, nə qəm,nə arzuya qıyır, nə yaşa baxır.Mən daşa baxmaqdan daşa dönmüşəm,üz-üzə durmuşuq: daş daşa baxır.

Yetim bir uşaqdı kişi, qadınsız,mən bir uşaq dedim... tək uşaq olmur.Zaman qorxuludur, ömür vəfasız,dünyada tək qalıb yaşamaq olmur.

Qızın ana deyib cavab almayır,bilmirəm sən necə mənasan, ey daş!Daş kimi nə daşsan, O, daş olalı,nə də ana kimi anasan, ey daş?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland