Niyə demədiniz
Sizi düşünürəm oturub bəzən,ey mənim möhtərəm müəllimlərim.Sən də, ey məzardan məzara köçənanam... dünyadakı əzizim mənim.
Böyüyə, kiçiyə hörmət, ehtiram,sadəlik, təvazö, abır... vəssalam.Belə öyrətdiniz, yaxşı dediniz,təəssüf,həyatı düz görmək gərək.Böyük var, kiçikmiş, siz demədiniz,kiçik var, daha da kiçiltmək gərək.
Niyə demədiniz siz, əzizlərim,təkcə, görüş üçün deyil, əl ancaq.Əl bəzən əl verib görüşmək üçün,bəzən yumruq üçün gərək olacaq.
Niyə demədiniz, bilmirəm niyə,dünya sakit deyil, bir yuxu kimi.Dost adlı düşmənlər ola bilərmiş,düşmən adlı dostlar olduğu kimi.
Niyə demədiniz...gizlin ha deyil,həmişə günəşli açılmır səhər.Şirin nəğmələri oxuyan bir dilacı həqiqətlər söyləyə bilər.
Beynimdə, fikrimdə dolaşıb gezənoda da bələdəm, üşütməyə də.Tərif eşitdiyin insandan bəzənhazır ol, yüz təhqir eşitməyə də.
Yayda qar olmayır, qışda da yarpaq,bunun müəllifi deyin: kim olub?Həkimlər ilanın düşməni, ancaqilan tibb elminə emblem olub.
Eşit həqiqətin, düzün səsini,həyat səngərdirsə, əsgər yatmasın.Müəllim həyatda tələbəsini,ana övladını qoy aldatmasın.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-niye-demediniz
Use ← → keys to move, R for a random poem