Ürəyim ananı istəyir, qızım,sən yaşa, dünyada qəmsiz, kədərsiz.Bir səs qulağıma döz deyir, qızım,mən dözdüm,yaş ötdü məndən xəbərsiz.

Qaşlarım qaradı, saçlarım ağdı,təbiət şəklimi çəkir yenidən.Hamı bu dünyada qocalacaqdı,amma tək qocalmaq dərd verir hərdən.

“Dağlar” deyə-deyə mən dağ aşmışam,Hanı tale dostum,ürəkdən gülən?!Dünyada yaşayıb dünyalaşmışam,dünyayla düz gəlmir daha mən deyən.

Daddım acısını şirin həyatın,Hələ bu acıdan doyan olmayıb.

Qızım, qardaşınla sən olmasaydın, –deyərdim, dünyada anan olmayıb.

Daha yaş artdıqca, səbrim azalır,yaş yaşdı...neyləsən yaş əyir, qızım.Qadınsız – ata da anasız qalır,ürəyim ananı istəyir, qızım...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets