...müğənni restoranda pişiyinə ad günü keçirirdiQəzetlərdən

Pişiyə ad günü keçirirdilər,araqdan, konyakdan içirirdilər.Müğənni pişiyə qulaq asırdı,səsini səssizcə lentə yazırdı.Pişik ləhcəsində, pişik dilindəxanımlar, ledilər məzələnirdi.

Pişik müğənninin bəy mənzilindəruhlar pərvazlanır, təzələnirdi.

Təzə dil açanlar azadlığıydı,pişiklər, siçanlar azadlığıydı.

Müğənni oxuyur, rəqqasə gəlir,bu yarımvəhşidi, o yarıçılpaq.Toyda “yallı” gedən “həvəsə” gəlir,xarici ritminə rəqs edir əxlaq.

Bu cür Azadlığı başa salırlar,bu cür İstiqlalı daşa çalırlar.Bu cür Məmləkətə sahib çıxırlar,bu cür başımıza qaxıb, çıxırlar.Bu cür mənəviyyat, ya əxlaq gəlir,bu cür xalq içinə “təzə xalq” gəlir.

Burda unudulub soyuq çadırlar,burda xatırlanmır biz görən illər.Burda gecə yeyib, gündüz yatırlar,burda o məsələ... onu demezlər!

Dilənçi əl açıb küçədə inlər,yazıq niyə gəlib dünyaya, bilmir.Pişiyin dilini başa düşənlər,millətin dilini anlaya bilmir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets