Mənə deyirdin ki, köçək xaricə,bu zülmə dözərmi vətəndə insan?!Doldu xaricilər biz tərpənincə,sən köçdün dünyadan, dünyaya qurban.

Onlar irişdikcə biz dedik əhsən,külək kül üfürdü açıq gözlərə.Üzdülük – onlarda nə qədər desənqanacaq bizdəymiş, hayıf bizlərə.

Hayıf, nənələrin ağbirçəyinə,hayıf, süfrəmizə, təndirimizə.

Bir gün ağlamadıq axırda yenə,biz nə ölümüzə, nə dirimizə.

Gələn “qonaq gəlir” sahibkar gəlir? –bazar onunkudur, ocaq onunku.Hasarlar yanında hasar çəkilir,bayraq bizimkidir, torpaq onunku.

Mənə mədh eləmə “Teksun”u, yetər,kərə yağ onsuz da düşməyir ələ.Pisləri hər yerdə tərifləyirlər,yaxşılar tərifsiz yaxşıdır elə.

Halal yeməyimi haram eləyir,burda xariciyə bir sorğu yoxdu.Fransız, toyuğu reklam eləyir,guya bu millətin toyuğu yoxdu.

Təzə bir don biçir yenə əlimiz,bilmirəm, Avropa belə geyirmi?Rusdan ingilisə keçir dilimiz,azadlıq deyənlər kölə deyilmi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland