Bir gün səndən sonra bərk xəstələndim,canımda payızın əsən yelləri.Sənsiz mən anasız uşaq kimiydim,dünya yad qızıydı məndən ötəri.

Qızın küpə saldı, çay süzdü oğlun,gördüm o çaşıbdı, ortada qalıb.Bir qorxu hiss etdim üzündə onun,neyləsin, yanında tək ata qalıb.

Nəvən də gəlmişdi, sənə oxşayanhəyat dil açmışdı onun dilində.Qırılan düyməni tapmışdı şeytan,iynə-sap gəzirdi köynək əlində.

Baxırdım üzünə bir anlıq susub,Məni ovsunlayan doğma səsiydi.

Birinci dəfəydi ağrıya dözüb,susurdum, nazımı kim çəkəsiydi?!

Sənsiz dərk elədim mən bu dünyanı,keçdi xəstəliyim bu həsb-halla.Sənin əllərinin şəfası hanı,ayağa qalxaydım bircə sığalla.

Mənim taleyimə sərt əsdi külək,həyatın pis üzü mənə yad deyil.Qadınsız çətindi həyatı sevmək,sevgisiz həyat da bir həyat deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets