Bu dünyanın səfasını sürmədənNə tutdun yaxamı ay ixtiyarlıq.Əvvəlki dövranım düşər yadımaƏl götür yaxamdan, qoy ixtiyarlıq.

Alıb verir dizlərimin yelini,Əydin qamətimi, bükdün belimi.Yaxın ikən iraq etdin yolumuGünlük yolum oldü ay, ixtiyarlıq.

Dayaqsız bir addım ata bilmənəm,Tük döşək üstündə yata bilmənəm,Altı aylıq cocuğa yetə bilmənəm,Etdin sabilərə tay ixtiyarlıq.

Sultan idim dağ başında mən əzəlİndi tökülənlər könlümdən xəzəl.Məni görüb gülər idi hər gözəlOnu da ömrümə say, ixtiyarlıq.

Sulandı gözlərim, zay oldu işlər,Ağız papucladı, töküldü dişlər,Ürkməz oldu məndən yerdəki quşlar,Çəkərəm əlindən huy, ixtiyarlıq.

Səfil Şenlik böylə bir halə gəldi,Eşq ucundan bənzi saraldı soldu,Evladi-əyalım tərkimi qıldı,Axır günüm oldu zay ixtiyarlıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets