Könül çıxart başdanBu xam sevdanıSənin əlin çatmazDərən bu heyvanı

Çibin qapa bilməzŞikar şahbazıToyuq tapa bilməzMəqam tərlanı

Necə dərər şil əlAğacda limonu

Çolaq haçağ tutmuşQaçaqda ceyranı

Dolandırır hər yanHəmişə sərgərdanDalıca bu surətMən heyulanı

Məni umuzdırdıO dənə xalıBəli gedər huşuGörəndə quş danı

Əcəb düçar oldumZəlil və xar oldumXuda xarab etsinBu şəhr Tehranı

Atalla hər yan oxKeçib gedim, yol yoxDutubla hər səmtiKəsubla hər yanı

Bu hürdür çıxmışCahana cənnətdənFəriştədir geymişLibasi insanı

Apardı bir görcəkBu gözləri köyçəkÜrəkdən aramiƏlimdən imanı

Gül öz eylər vəsfinBu aşiqi-miskinHəmişə bülbüldürGülün qəzəlxanı

Gəlib bu bimaraÖzün ilə çarəOlur mənim dərdimSəninlə dərmanı

Sağalmadı dağıKönül gəl, ey saqiƏlindən ol camıAlım verim cani

Ayağa dur saqiBu dərd-ü qəm çağıCahan deyil baqiBu ömürdür fani

Bu künc-i möhnətdəDarıxdım əlbəttəEdər yenə könlümHəvəs gülstanı

O çağ ki mən keçdimBu dar dünyadanHər ol ki aşiqdirOxur bu divanı

Fələk məni atdıQıraqa HidəcdənQayıtmağa yoxdurO kəndə imkanı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets