Məhəbbət
“Əlli beş ildir “Leyli və Məcnun”da tar çalıram”.Tarzən Bəhram Mansurov
Çal, çal yorulmasın qoy o barmaqlar,sevinc pərdəsində qəm, qubar çalır.Dünyada hər kəsin bir Leylisi var,kimi qələm çalır, kimi tar çalır.
Mənə ürək verib, sənə qol-qanad,Məhəbbət əyləncə, oyuncaq olmaz.Sevmək – vətəndaşlıq borcudu ustad,vətəndə vətənsiz yaşamaq olmaz.
Böyük Üzeyirin doğma sənəti,xallar – Füzulinin fəryad səsiydi.Bir qadın qəlbinin ilk məhəbbəti,hələ oxunmamış Şərq nəğməsiydi.
Bəlkə də taleyi beləymiş onun,bir əsrə bəs oldu bir ömrün qəmi.Leylini səhrada itirdi Məcnun,səhnədə sən tapdın ay Bəhram əmi.
Xətrinə dəyməsin qoy bu zarafat,bilirəm böyükdü eşqin, ülfətin.Bu əlli beş ildə amma ay ustad,Leylini Məcnuna verə bilmədin.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-mehebbet-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,