Dəvəsi ölmüş ərəbə

Qalx, ərəb, qalx, yeriyək,külək qalxacaq, külək.Səhra – qum çadrasınıbaşımıza örtəcək.

Qalx, ərəb, qalx, yeriyəkiçindəki ağrılar,acılar, yükdü, ərəb.Qayğını nə bilibsən,bu yük dəvə yükündəndaha böyükdü, ərəb.Dizində taqətini,qolunda qüvvətini,yoxla, qalx,birtəhər qalx,Büdrəsən, uçsan əgərözünə söykən ancaq.Qalx, özündən özünüxilas elə, qalx, ərəb.Getdiyin yol uzaqdı,bələdçisi yox, ərəb.Taleyin oyunudu, –iki gözdə qəm olsa:ərəb, ya qeyri-ərəb –birləşdirir kim olsa.İtir sonra aradarəngin ağı, qarası,tək burda deyil ərəb,Ərəbistan səhrası.Bu səhradan uzaqdadüşdüm səhraya, ərəb.

Bir eşqin mənzilindəyıxıldım mən, ya ərəb!Gün yandırır səhrada,külək qalxacaq, küləkQalx, ərəb,qalx,yeriyək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets