Gəncənin Şəmkir elində,Bu gün bir novcavan gördüm.Gözləri canlar alandı,Qaşlarını kaman gördüm.

Duruşu gəldi xoşuma,Yem verdi könlüm quşuma,Sevdası doldu başıma,Oldu halım yaman gördüm.

Göldə üzən gözəl sona,Nə girirsən donnan-dona,Neçə molla, alim ona,Verdi əldən iman gördüm.

Gözüm düşdü o dilbərə,Baxmadı mənə bir kərə,Elə bil ki, göydən yerə,Yeni huri, qılman gördüm.

Dilqəmi saydı bir gəda,Rubənd açdı mələkzada,Müxtəsər, şəbi-yəldadaMən onu mahtaban gördüm.

Random poem

More by this author

Poems by other poets