Özgəsinə
Uçdu meylim quşu qondu, yar, sənə,Mən necə dil verim bir özgəsinə?!Səndən qeyrisini könlum istəməz.Mən necə yol verim bir özgəsinə?!
Bağban olan gedir bara yalvarır,Yoxsul olan gedir vara yalvarır,Yarı olan gedir yara yalvarir,Mən necə yalvarım bir özgəsinə?!
Əzəldən Dilqəmə yar olan sənsən,Gözəllər içində var olan sənsən,Əzrayıl donunda can alan sənsən,Mən necə can verim bir özgəsinə?!
Götürdü göy at məni,Saxladı Sayat məni,Baş qoyub dizin üstə,Çox yatsam, oyat məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/yehya-bey-dilqem-ozgesine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şairciklər yetişdiribFaciəsi Qarabağın;
OlduAman fələk mürüvvət, fələk dad fələk,Bidad zülmün nümayan oldu,
Ömrümə yazmasınlarMənə elə gəldi ki, sənsiz keçinərəm mən,Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,