Ömrümə yazmasınlar
Mənə elə gəldi ki, sənsiz keçinərəm mən,Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.Gecələr gözlərimdən şirin yuxum çəkildi,Nigaran baxışlarım eyvanına dikildi.Ürəyini oxudum kitabtək varaq-varaq,Əsgərtək küçənizdə aramsız döydüm ayaq.
İncə yarpağa döndü kobud çəkməmin altı,Sandım ki, sənsən gələn görüncə bir qaraltı.Yol çəkən gözlərimlə daradım yollarını,Aradım yollarını.Gəl bu hicran selinin qabağını kəsək biz,Gəl, gəl, bir-birimizçün yarpaq kimi əsək biz,Adımızı o dilsiz daşlara yazmasınlar,Sənsiz keçən günləri ömrümə yazmasınlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-omrume-yazmasinlar
Use ← → keys to move, R for a random poem
More by this author
Söyləmə: “Gəl səni qəfəsə salım,Yanıb külə dönsün vətənin nəşi!”
LaylaBir komada balasına layla çalır bir ana,Dərdlərini sanki bir-bir yada salır bir ana.
Mücahidlər mahnısıBiz gedirik azadlıqçün döyüşə,Sinələri dağlamayın, analar!
Təbrizli analarMən təbrizli analara bələdəm,Fəxrimdir bu əziz, qoçaq analar.
Poems by other poets · Love
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
SevgilərSevgi vardır ki, dodaqlarda açar güllərini,Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Yada düşdüGördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.