Sevgilər
Sevgi vardır ki, dodaqlarda açar güllərini,Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.Sevgi vardır oxudur qəlbidə bülbüllərini,Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.Sevgi vardır ki, düşər yerlərə daim sürünür,Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirirİçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-sevgiler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Gözlərimdən tökülür bu dili-müztər qanıGözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
ÜrəyiməAl qələmi hazır eylə əlində,İsmini nəqş eylə, yaz ürəyimə.
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?