Al qələmi hazır eylə əlində,İsmini nəqş eylə, yaz ürəyimə.Sonasan, üzürsən eşqin gölündə,Gəlibdi qoy deyim söz ürəyimə.

Dərdindən, nainsaf olmuşam dəli,Bir dəfə üz tutub demirsən bəli.Gözlədim, gələsən bu neçə ili,Hicran qəmini sal, az ürəyimə.

Məmmədhüseynin səndən özgə kimi var,A gözü piyalə, a zülfü şahmar.Qurban ollam sənə, eyləmərəm ar,Sən də ləkə salma, saz ürəyimə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love