Üçün
Püf eylə qoy sönsün, söndürmək asan,Kəramətin varmı qalamaq üçün.Gül kimi ətir saç, təravətli ol,Yaşama tikantək, dalamaq üçün.
Eşit, gör nə deyir yaxınım-yadım,Şər ilə şeytanla çəkilmir adım.Mən elə dost dedim, dost soraqladım,Qollarım boynuna dolamaq üçün.
Bəzi haqqı danır, görürsən birdən,Bəzi baş çıxardır, yüz cürə sirdən.Axmaq zinət verir özünə zərdən,Yaltaq quyruq taxır, bulamaq üçün.
İrişir üzünə, arxadan vurur,Gəzir el içində şah kimi durur.Yüz əməl işlədir, min kələk qurur,Yaxşını yamana calamaq üçün.
Toxgöz aclığını bəyan eyləməz,Heç kəsə söz deməz, əyan eyləməz.Acgöz tox olsa da, toxam söyləməz,Gözü sini gəzər yalamaq üçün.
Məmmədhüseyn deyər, eşidin barı,Dünyada qalacaq dünyanın varı.Qartal qanad çalar zirvəyə sarı,Bayquş viran gəzər ulamaq üçün.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-ucun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Səndən uzaq düşdüyüm günƏn dəhşətli bir gün idi.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Qəzəl: Yetərmi rişteyi-can gövhəri-yəganə sənəYetərmi rişteyi-can gövhəri-yəganə sənəKi gün kəməndi onun yetməz astanə sənə
تا کی در انتظار گذاری به زاریامباز آی بعد از این همه چشمانتظاریام