Uzaqdasan
Könlüm istər səni, çatmayır ünüm,Həsrətin öldürür, yar, uzaqdasan.Zəhrimara dönüb yalqızam, gülüm,Sonsuz məhəbbətim var, uzaqdasan.
Gecəni, gündüzü dar bula-bula,Baxıram sən keçən cığıra, yola.Qorxuram, görməyəm tez ömür sola,Olmusan dilimdə car, uzaqdasan.
Məmmədhüseyni fələk yaxşı qınadı,Güldürdü üstünə qohumu, yadı.Bu dərd ilə odlanadı, yanadı,Sərviboy sinəsi qar, uzaqdasan.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-uzaqdasan
Use ← → keys to move, R for a random poem