Qalandı
Gülsən də üzümə sən indən belə,Qəlbimə vurduğun yara qalandı.Hayıf ürəyimdə yanan məşələ,Qədrimi bilməyən yara qalandı.
Qoy bəzəsin yarım yaşat ar səni,Belə keçməz bir gün yaş atar səni.Var ömrüm özündə yaşadar səni,Səninsə varlığın yara, qal andı.
Qərib həsrət ilə baxar yerinə,Vəfasız ilqarın əhdi, yeri nə.Məmmədhüseyni qoysan nadan yerinə,Əlinə tənədən yaraq alandı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-qalandi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Qadın ürəyi
Necə rəhmlidir, necə amansız,Necə mehribandır qadın ürəyi!
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Bəxti-nafərcam tək acılmadı qarə sabahBəxti-nafərcam tək acılmadı qarə sabah,Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,