Çağırram pirim Əlini,Ağamnan imdad istərəm.Cəbrayılın şapərini,Atannan imdad istərəm.

Sığındım Əlitək mərdə,Eləsin dəvayi-dərdə.Qul edib özün Bərbərdə,Satannan imdad istərəm.

Əlinin Abbas balası,Darda qalanın çarası.Min batman Xeybər qapısı,Açannan imdad istərəm.

Məmmədhüseynin bu çağını,Fələk, qırma budağını.O ağ divin barmağını,Çatannan imdad istərəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets