Yaylağım
Gülür üzün, əcəb xoş növrağın var,Könlümə iftixar, can, a yaylağım.Köksündən iz salıb neçə min bahar,Görəndə gəlirəm cana yaylağım.
Cüyürlü döşlərin al-əlvan çalır,Hər dağdan, arandan qonağın qalır.Şöhrətin yayılır, başın ucalır,Körpəykən sirdaşım, ana yaylağım.
Əhsən deyir ellər, nə xoş səfan var,Düzsən ilqarına, əhdə vəfan var.Məmmədhüseynin dilində sən olmusan car,Girmisən yenə min dona yaylağım.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-yaylagim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Gəl ey bülbül, bahar keçdi
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
از دیده گرچه دوری از دور در حضوریدر جسم دل چو جانی در چشم جان چو نوری