Yer-göy yoxkan yaranıbdı,Nuri-gövhər iftida.O, nura bir nəzər saldı,Pərvərdigar iftida.Tüstüsündən xəlq eylədi,Ərşi-gürşü, asimanı.Köpüyündən qərar tutdu,Yeddi qat yer iftida.

Bar İlahım nəzər qıldı,Nuri-gövhər tərlədi.O, nurdan bir qətrə düşdü,Dərya ümman eylədi.Cəbrayıldan səda gəldi,Mənəm-mənəm söylədi.Yetmiş il dərya üzündə,Yandı şapər iftida.

Kamil ustad qulluğunda,Bir kəminə nökərəm.Qədirbilməz nadanlara,Bir Maliki-Əjdərəm.İsmimdi Məmmədhüseyn,Ağa, qulam, günahkaram.Quran yetdi Məhəmmədə,Oldu əzbər iftida.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets