Eşitdim sədanı, a minagərdən,Gecə-gündüz uça-uça gəlmişəm.Şəkər dodaqlardan balı əmməyə,Sayma məni belə, qoca gəlmişəm.

Neçə günlük yolu qəsd edib cana,Soyuqda, çovğunda mən dona-dona.Tamaşa qılmağa bala ceyrana,Ay, ay qabaq, boyu uca, gəlmişəm.

Xəbər bildim, aşıqlarla yağısan,Məmmədhüseynin bağçasısan, bağısan.Söylə görüm bu meydana hazırsan?Səndən bac almağa, baca gəlmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets