Qırmızı
Dost mənə bir bağ bəslədi,Bağı gülşən qırmızı.Ağ əllərə əlvan həna,Yaxıbdı qan qırmızı.Sövdəgarsan aç mətahın,Müştəriyəm mən sənə.Sərrafıyam sat alayım,Ləli mərcan qırmızı.
Küfə xalqı bihəyalar,İmam üstə gəldilər.Onlar küfdə qərq oldular,Haqqı dildən saldılar.Kərbəlada dava düşdü,Tamam şəhid oldular.Qan dəydi üzəngiyə,Oldu meydan qırmızı.
Bütləri Əli qırdı,İbrahim yanmadı nara.Oğlunu bıçaq kəsmədi,Götdü çaldı mərmərə.Cəbrayıl bir qoç gətirdi,İsmayıl peyğəmbərə.O səbəbdən al geyindi,Şahi-Mərdan qırmızı.
Soruşdum Adəmnən qabaq,İndi xəbərdən danış.Yetmiş il dərya üzündə,Yanan şapərdən danış.Yeddi yerdən halıyam,Lohu göylərdən danış.Məhşər günü qurulacaq,Haxdı divan qırmızı.
Gəl biçarə Məmmədhüseyn,Bu necə turdu söylədi?Axdı eynimin yaşı,Üzümdən arx eylədi.Yeddi qat yer, yeddi qat göy,Xudam ki, xəlq eylədi.Günəş çıxdı qəsridən,Oldu cahan qırmızı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-qirmizi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey havada uçan durna,Bizi qoyub qaçan durna,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.