Güllü
Bər-bəzəkli çıxdın önə,Sandım səni sona, Güllü.Nədi, axı fikrin yenə,Girmisən min dona, Güllü.
Gözlərini süzdürürsən,Ürəyimi üzdürürsən.Aşiqini öldürürsən,Olma səbəb qana, Güllü.
Təkcəsisən bu dağların,Bu bağçanın, bu bağların.Bir dünyadır bu çağların,Qıyam şirin, cana, Güllü.
Tər bənövşə dəstə-dəstə,Düzmüsən, qız, sinən üstə.Qulaqlarım qalıb səsdə,Uça, bizə qona, Güllü.
Bu el-oba, Qoşqar, Kəpəz,Həsrətinlə yanar, sönməz.Məmmədhüseyn yoldan dönməz,Çətin eşqin dana, Güllü.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-gullu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz