Sənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,Qul şahından eyləyən cürmü yaşırmaq nə rəva,Əfv qıl, eyləmişəm çox qələt və səhvü xəta,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Qoymaz öz halıma şeytan, qəvi nəfsi-şum,Ki dutam zümreyi-təqvidə ibadətə nəzum,Feli-bəd birlə təmam etdiyim işlər məlum,Mən biçarəni etmə kərəmindən məhrum,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Olmuşam mail həm söhbət ü bəzmi-badə,Daima həmnəfəsim mütrib ü saz ü sadə,Axirət layiqi iş tutmamışam dünyada,Bu iki misrəi rəhmət söyləyin ustadə,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Vay, torpaq mənim başıma, küllər gözümə,Bilirəm mən nə cəfa eyləmişəm öz-özümə,Köksümə həsrət ilə dögərəm gah dizimə,Var ümidim açasan tövbə qapısın üzümə,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Vay ol gündə yaxamdan ki dutə dəsti-əcəl,

Ola nazil məlikülmövtü bə təqdiri-əzəl,Qəbzi-ruh eyləyə şiddət ilə varıb çəkə əl,Xəcilim etməməkdən sənə şayistə əməl,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Can gedə, düşə cəsəd, həm qala az u çox mal,Çəkə varis hərə bir yanə, qala məndə vəbal,Qoyalar qəbrdə, Münkər və Nəkir edə sual,Fayda verməz və əlqissə peşimanlıq ol hal,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Gəzmişəm şam-səhər cəhl-xiyanət bilə mən,Etmişəm sərf təmam ömrü bu halət bilə mən,Durub əkl eyləməmişəm şivəyi-taət bilə mən,Necə varım sənə bu nəhv xəcalət bilə mən,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Suri ol dəmdə ki əmrinlə çala İsrafil,Dağılan ruh edə hər biri öz əzasına meyl,Kim gürühi dutə hər kəs bilə bir tövr sibil,Bir hidayət mən zarə o zaman eylə dəlil,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Fövc-fövc onda gedər Şama ki əhli-ərsat,Cümlə boynunda kəfən gələ də göz məxluqat,İstidən cuşda bin olmaz ayaqda hərəkat,Dilərəm əcz ilə səndən mədəd ol vəqtə nicat,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Sən olub qazi, şəfaətçi Nəbiyyi-Mədəni,Pay mizanda hazır ola əla və dəni,Baxıbın nameyi-əmalə xəfif etmə məni,Üzrməndəm, bilirəm, məlcəyi-ümid səni,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Ola divan bölünə cümlə günahilə səvab,Sorula hər nə sirat üzrə olan şeyx və şəbab,Keçə mömin, qala asi, qıla Malik əzab,Edə bilmən ələmi-dozaxə bu vəchilə tab,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Tutma mənzur əgər tutmuş isəm kari-zişt,Ənbiya həşri ilə həşrimi eylə ağüşt,Cənnətilər ki həman fəsl olur azimi-kişt,Məsihə mərhəmətin ilə nəsib eylə behişt,Tövbə, yarəb, xəta rahinə getdiklərimə,Bilib etdiklərimə, bilməyib etdiklərimə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets