Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanın
Eşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,Yoxmuş zərrəcə şanında mürüvvət anın,Qıldığı aləmə cövr ü sitəmin dünyanın,Nə qədər olsa olur baisi-naheq qanın
Qanda idi ona ol dəmdə belə rütbeyi-xub,Rüşdilər verdi, bəsi eylədi Nadir mənsub,Döndü ondan, yazıb ətrafə xiyanət məktub,Qıldı iqbal bədi ləşkər sayı məğlub,Qaçdı dağın Qumuqun, bəkləndi Dağıstanın
Anda həm durmadı ol başı qara nəkbəti-şum,Oldu əndişeyi-naheqlər ilə azim Rum,Qıldı Xunkara bilavasitə ərzin məlum,Bəxşişi-bihəd anın ismünə oldu mərsum,Şahdan açıldı qapusı kərəm ü ehsanın
Və dəxi Malini Xunkarın alıb etdi firar,Bilmədi qədri-nəmək, tutmadı ol pərdə qərar,Təzədən qıldı yenə sövi Dağıstanə güzar,Verdi yağmaya olan malını, oldu nə ki var,Özünün bəxti-güdazinə salıb talanın
Qıldı Sərxayın evin sövmə misli dərviş,Ta ki dövran-i fələkdən neçə vaqe ola iş,Haqq gətirdi nəzərə olmaq Nadir şahı piş,Kim cülus eylədi Adil şah olub xeyr əndiş,Mülk ü təxtini təsərrüf qılıbın İranın
Sərxay oğluna töküb xəlvəti yüz tərhi-xəyal,Yetirəm Şaha özüm, ver mənə bir vaxt məcal,Bu hökumət mənə mənsub olur əvvəlki misal,Alaram bəyliyi Şirvan ilə bihəd sənə mal,Bəlkə sərkarlığın külli Azərbaycanın
Ki Qumuqdan enib öz məqsədinə getdi rəvan,Oldu illər yığıb sakin ölkeyi-Muğan,Qıldı Sərdara hər ənva ilə yüz qulluq əyan,Eylədi hasil özün hakimi-mülki-Şirvan,Oldu ixlas ilə Bəylər bəyi Əmir Aslanın
Çıxdı avazə ki Təbrizə gəlir Adil şah,Əmir Aslana buyurmuşdur əfvaci-sipah,Aqsu qalasını tərk edib ol ruyi-siyah,Ki Muğana keçib oldu qamu işdən agah,Yazdı Adil şaha: əmr et nə isə fərmanın
İbrahim şah, Əmir Aslan gətirib ikisi zor,Dəstgir eyləyibin etdilər Adil şahı kor,Aldılar əldə olan mal ü bisatın məqdur,Oldu mərcu bu iki sinəyə həm əsbabi-umur,Görəlim daxi nə dərkərdişi bu dövranın
Bir tərəfdən bu olub yağı Əmir Aslana,Verdi ol ölkələri çapqına və talana,
Tab qılmadı döyüş, mənzili Saruxana,Qırılıb sındı və qaçdı Talış və Gilana,Girdi Cəngəldə kəsib yollarını hər yanın
İbrahim şah ki öldürdü Əmir Aslanı,Qıldı tabe özünə məmləkəti-İranı,Tapdı fürsət bu varıb, eylədi pabus anı,Ona həm rahi-xiyanət tapubın pünhanı,Qaçdı eldən elə keçdi qolunu Salyanın
Şirvanın tirağınə gəldi o xain bir çaq,Var idi xəlqin arasında küdurətlə nifaq,Cümləsi olmuş idi bir-birinin üzünə aq,Yeri xali görübən bəkləndi koh ü yeylaq,Bir başı basdı elin çöllərini Şirvanın
Hacı xan eylədi hər çənd fəğan və fəryad,Mayeyi-fitnədir kim bu haramzadə fəsad,Rəf'i lazımdır ola olmadan aşub ziyad,Əkrəmüz-zeyf hədisini qılıb bəzisi yad,Dedilər hər nə isə hörməti var mehmanın
Qıldı Sərkar Səfər Əli bəy ülfətlər ona,O ki var lazımə səy ilə xidmətlər ona,Yemək-içməyi verməkdə məhəbbətlər ona,Onların qəsdinə tapıldı xiyanətlər ona,Ki uzatdı olara tə'nə dilin ölkənin
Qıldı bir qədər süluk, oldu aradə var-gəl,Olmadı ol ayaqda qoyan əl üstünə əl,Zahirən azmış idi ol qanı dolmuşda əməl,Deyilür aləmara, tərfə məsəldir bu məsəl,Yaxşılıq başı götürməz bu yaman insanın
Bir olub Şahsevən Əhməd xan hər baisi-şər,Salyan və Bakı, Muğan, külli Qumuqnu yeksər,Qalanın üst yanın bağladı Qasım sənkər,Ona asanlıq ilə şəhr mütii olmasa gər,Qırar xalqın dağıdıb varını xanimanın
Hər ikisi ucda urub qalaya xəlvət çapavul,Hacı xan ilə çıxır bir neçə bəyzadə və qul,Ki olur hasili mərdanə döyüşlər sağ-sol,Yetişir qətlə, başarmaz qayıdır xar və məlul,Bu gün olmadı, deyir, fikrin edək fərdanın
Bu imiş məqsədi: hər iş ona dilxah olsun,Badkubə, Qubba, Qumuq, İlisu, ona agah olsun,Ki bu Şirvan yıxılıb hər dəm və dəstgah olsun,Xalqı ram eyləyibin cıqqa vurub şah olsun,Sonra qəsdinə dura ol İbrahim Mirzanın
Şirvanın xalqına bunlar əsər etdi qayət,Xan və Divan bəyi, Sultan, Vəkil etdi qeyrət,Yazdılar namələr ətrafə gələ hər millət,Nə bizə ki yetişir cümləmizə bu xiffət,Dəfini olmaq edər belə qəm ü tuğyanın
Gəldi Hacı Çələbi xan, Cavanşir dəxi zud,Ərəş, Ağdaş, Qubba, Xançobanı, Sədazud,Lahıc, Hövz, Qasalı, bölükat an çəkə bud,Daxili qala yanında olan illər mövcud,Şeyx Məziddən aşağı basdı üzün səhranın
Rəcəbin on doqquzu şənbə günü oldu pəriş,Ki bular sənkərin ətrafın alıb ta görə iş,
Gəldi Əhməd aşağa qoşunu ilə pəs ü piş,Zahirən kim o pəlidin əcəli yetmiş imiş,Vurdu yol, gəldi qılıncına Şahi-mərdanın
Qalanın gündoğanında qurulub meydanlar,Müjdeyi-cəngə nisar oldu olacaq canlar,Laləzar eylədi Aqsu çölünü al qanlar,Kimidən nifrət edir kimə dönür dövranlar,Bəxti nadidə qalur bəzi dili viranın
Öydü kim özünü bibak misali-Rüstəm,Yeddi səkkiz top edib yerbəyer açdırdı ələm,Badkubə qoşunu Mirzə Məhəmməd xan həm,Pişi-cəng eylədi Məhəmməd Rza xanı ol dəm,Dəstəsi birlə alıb durdu o kənin meydanın
Durdu üç topla bərabərdə sipahi-Şirvan,Qarşıda zənbürək və top, ələm feyz nişan,Biri Hacı Çələbi Həmzeyi-dövran-cahan,Biri Naib Pənah xan və biri Məhəmməd Əli xan,Birisi daxi Hacı xan, əzimüşşanın
Buyuran tək Hacı xan çərxəçilər etdi savaş,Dəstəyi Xançobani ol cəng etdi təlaş,Ki Məhəmməd Rza xan gəldi basıb bağrına daş,Və biri Ağa Rza bəy, Ağa Kişi eylədi baş,Gəldi Əhməd xan və yazıq, dedi qardaş canın
Yer-be-yer eylədilər Ağa Rza üstə hücum,Oldu aradə kilər toz arasında məʼdum,Fil sərxoş kimi hər yana dolayıb xortum,Tökdülər nizə qılınc hər tərəfindən məlum,Necə başına döyər dəmirçi ol sindanın
Bir yanından dəpərdib Əbdürrəhman Sultan at,Bəlkə Sərkar Murad xan bəy və bəzi güzat,Dəstə Xançobani müttəfiq etdi hərəkat,Ki biyaq eylədi şinləmək bu ki Haqq verdi nicat,Yarə Əhməd xan alıb döndü cəlavi anın
Çünki Qurban bəy və Bəybaşı ilə çənd nəfər,Aldı sənkər önünü saxlamaq üçün bisər,Daxi Cəfər bəy və Zahid bəy və pansadbaşılar,Hər biri mə'rəkədə yüz bilə meydanlara ər,Özgədir cür'əti illa o Məlik Ağanın
Topçubaşı Əli bəy tizrev və tund süvar,Ba Məhəmməd Rza bəy, mir axurbaşı ki var,Həm Hüseyn Əli bəy və kamil cəng ilə mədar,Ki bular düşmənini gah yolar şahin var,Yarıb bağrını qanın axıdar ə'danın
Daxi Hacı Çələbi oğlu həm Ağa Kişi bəy,Xalqıda ordusuda bir-birindən yekrək,Ara qarışdığı dəm çərxəçi yetdi kömək,Ki nə mümkündür onun döyüşünü dildə demək,Yoxdurur nami-xuda tayı o bihəmtanın
Tanrı Verdi bəy və Yaqub bəylə etdi ittifaq,Qoymadılar olara tuş gələn düşməni sağ,Möhtəsib Talib Ağa çərxəçi qarışdığı çağ,Atı oynadığı çağ özünü qurtardı biyaq,Sağ çıxmağı anın lütfü idi Mövlanın
Əli Sultan Məlikzadə ölkeyi-Ərəş,Gün doğandan bir yerdi, deyəsən, şəhrə günəş,
Cəm Ağdaş salıb vur-ha-vur kəş-ha-kəş,Xaçmaz və Büm qılıb düşməni qərqi-atəş,Dud tutdu üzünü mehri-cahanaranın
Neçə Dərbənd ikidi adları ismi Şamxal,Şah pabusuna getmək idi təmhidi-xəyal,Afərin onlara, Şahın çörəyi ola halal,Bir tərəfdən həm onlar vermədi ə'daya məcal,Çaşdırıb səhm və sədasından oxu peykanın
Hacı xan taleinə lütfullah ola mədəd,Bağladı aləmara yəni İskəndər kimi sədd,Dəpərən tək eylədi kəlləsini topun rəd,Şahsevən sındı və üz qaçmağa tutdu bihəd,Kəsdi sənkər yolunu, bəndi Anam oğlanın
Vari əskər yeridi bayraq açıb rəngarəng,Düşmənə ruzi-təəddi eylədi ərsəni təng,Vardı namərd qaçaq, mərd qılıb qeyrət və nəng,Badkubə qoşunu Xanı ilə haləti-cəng,Düzmədi kəlləsinə Səfər Əli Sultanın
Mənzili-hərbdə Əhməd xan alıb üç yarə,Özü vurulub bəni düşdü qoşun avarə,Aparan meyitini gördü ki yoxdur çarə,Buraxıb bir dərəyə rast gəlib bunlara,Kəsdilər qarəcə başın o həsud ə'danın
Şahsevən verdi nəhiq ata ki çıxsın tələdən,Bəlkə başın alıvın qurtula bu məşğələdən,Qıla pünhan əsirdən daxi yükdən şələdən,Arxadan endi qoşun, saxladı mal ü kələdən,Aldı qarşısını qaytardı elin obanın
Qapıçı Əhməd bəy eylədi bir tərəfə ada,Aldı Məhəmməd Rza xanın olan əsbabını ta,Yetdi Əyvəz bəyə ol cəngdə bir özgə hava,Ki bunlar yenə yetişdi qamu nami-xuda,Olacaq yaveri Kazım bəy və biparvanın
Mərkə ta dəpişürdü kəsr sidqilə namərdi yola,Bu məsəldir boşalar bəli ki hər kasə dola,Gedə baş ölkələrə həm cəsəd atıla kola,Belə olmaqdan o kafir necə həzz etdi ola,Ki onun həşri ilə həşri qoya tərsanın
Taleyi-şumdur anın ki belə işləri var,Şəhr Dərbənddə çıxmaq yeddi yüz göz izhar,Qətl ölkeyi-Muğan, cəsrdə həm kəllə minar,Aqsu Allah dadı təhlükə Sam nigar,Saruxan eyləyə fərqin o qədər nöqsanın
Ağzı çaxırlı həmişə özü məst ü məxmur,Mail bidət işi aləmara fisq ü fücur,İsmət rahi-ədəb şərm ü həyadan daxi dur,Eyni mader bixəta nütfeyi-haram və mənfur,Oğlu necə olur belə ata ananın
Ki bu çox fəthdir bilsün aqil bunu kim,Şahsevən birlə Muğan on iki bəy, il ü həşəm,Ləşkəri pil tənan səhmdən eylərdi dəjəm,Kimi qərq oldu Kürə kimisi də çaylara həm,Kimi azuqə olub nəhəngənə dəryanın
Bu imiş məqsədi alsun ələ Dağıstanı,Qolunun zərbi ilə tabe edə Şirvanı,Özü səhrada gərə zəbt qıla ölkəni,
Fəsli-xırmanda belə tab edə buğdanı,Qalmadı hörməti bir arpaca bu Boğdanın
Ol igidlər ki qamu tiğzən və sahib şəst,Qoydu əl dəstə şəmşiri ilə dəst-bədəst,Necə kim Əhməd xanın eylədilər adın pəst,Ki bular verdilər ol Rüstəmi-dövranə şikəst,Acizəm etməyə tə'rifini bu dastanın
Ey Məsih, eylədi Haqq mərhəmət ilə nəzər,Ki bu xeyriyyət ilə xar və zəlil oldu əşər,Kimə isə belə dövlət olacaq idi məgər,Dəm və saət gecə-gündüz daxi hər şam-səhər,Necə şükr etməyəlim qüdrətinə yəzdanın
Kitabxana.az · https://kitabxana.az/en/works/aga-mesih-sirvani-muxemmes-esitdin-etdiyini-sahseven-ehmed-xanin
Use ← → keys to move, R for a random poem
More by this author
Ey şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Poems by other poets
Sultanlar əyləşdi nərgiz taxtında,Aralığa Şəmşir endi, ağlaram!
Əlinin əshabələrlə zarafatıBir zaman Kufədən şəhi-dövranŞamə bir qasid eyləmişdi rəvan.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz