Sultanlar əyləşdi nərgiz taxtında,Aralığa Şəmşir endi, ağlaram!Məkas fəğan etdi dərya üzündə,Yelkənim tərsinə döndü, ağlaram!

Nökər olan qulluq edər xanına,Məşuqlar susadı aşiq qanına,Cəbrayıl yetişdi haqq məqamına,Alışdı şahpəri , yandı, ağlaram!

Ya Rəb, görən kimlər yetər dadıma,Həsrət qaldım ocağıma, oduma.Miskinəm, ərənlər düşdü yadıma,Didəm yaşı selə döndü, ağlaram!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love