Dağlar
Məğribdən məşriqə səf çəkib durub,Qüdrətdən çatıbdı baş-başa dağlar.İtaət boynuna salıb həmayıl,Misli pəsənd, xotkar, xan, paşa dağlar.
Baxıb hökmü yekdal dürrey, dükafa,Gah kükrərsən, gah gəlirsən insafa.Pey peykərə çəkib, bəyaz ləffafə,Pərvərdin geydirib qumaşa dağlar.
Ağ çeşmən sərindən car elər seli,Yaşıl tirmə qurşar, ədağa beli.Dağıstan kölgəsi, zabitə yeli,Sərin səfalıdı həmişə dağlar.
Baxıb hökmü-yekdal, dürrey-dükafa,Gah kükrərsən, gah gələrsən insafa.Pey peykərə çəkib, bəyaz ləffafə,Pərvərdin geydirib qumaşa dağlar.
Nəs illərdən satın aldın pis günü,Çağırdın dumanı, tökdün çişkini.Gözü yaşlı qoydun cüda Miskini,Eylə gülə-gülə tamaşa, dağlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-abdal-daglar
Use ← → keys to move, R for a random poem
More by this author
Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
QoymaramŞeşpərlərə əgər nişan olsa yaxan, qoymaram,Cəng olarsa bu meydanda könül yıxan qoymaram.
MəniÇərxi-fələk yarıtmadıDövlətdən, vardan məni;
Narın üzə bilmərəmEy dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
Poems by other poets
Xələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,