Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.Qırxlar piri özü süzüb ayağına atəşi,Alışıram Səməndərtək, narın üzə bilmərəm.

Dərviş gərək bu meydanda qurban olsun baş-başa,Mürşüdündən üzü dönməz, dünya gəlsə baş-başa,Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa,Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm.

Miskin Abdal, eşq əhlisən, ömrün vermə badə hey,Özün haqsan, haqq əlindən götür nuş et badə hey.Məhşər günü tab etməzsən. salxum-salxum badə hey,Nə tutmusan özün dərviş, narın üzə bilmərəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets