Başına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.Haqq götürsün bu qarını aradan,Nişanəsi bu dünyada qalmasın.

Gedəni gəlməsin, yatanı ölsün,Göz-göz olsun, qabıq qoysun, soyulsun,Hər yanına yetmiş piltə qoyulsun,Nə yığıb yerini salan olmasın.

Ciyərin doğrasın bir alagöz bıçaq,Yeddi il yan yerdə uzansın naçaq,Qohumu-qardaşı düşsünlər qaçaq,Əhvalını xəbər alan olmasın.

Sən pozmusan yazıq Abbas halımı,Mən sənə neylədim, Tanrı zalımı.Çəkim ciyərinə mən çəngalımı,Cənazənə yaxın gələn olmasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love