Başına döndüyüm, ay Gülgəz Pəri,Çəkərəm hicranı dərd ayağından.Elin töhmətindən, fələk cəbrindən,Düşmüşəm çöllərə dərd ayağından.

Pərim, sənin üzün görən tər salar,Öldürsələr meyli dönməz tərsalar,Hicrandan məşq alar, qəmdən dərs alar,Sən mənə dərs verdin dərd ayağından.

Qabaq Aydır, zülf buluddur, üz gündür,Sənsiz mənim bir saatım yüz gündür,Heç demirsən, qul Abbasım üzgündür,Qəm başından tutar, dərd ayağından.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation