Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlilKim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.

Olsa iste’dadi-arif qabili-idraki-vəhy,Əmri-həq irsalına hər zərrədir bir Cəbrəil.

Hər kimin təqdirdən məqsudi öz qədrincədir,Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil.

Cənnətə zahid bilir can vermədən yetməz, vəli,Canə qımaz, öz təmənnasındadır miskin bəxil.

Ey qılan izhari-zillət, müjdeyi-izzət sənəKim, bu dərgəhdə müqərrərdir əziz olmaq zəlil.

Və’deyi-vəslin məni salmış xəyali-zülfünəKim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, xublər zikri-cəmalilə xoşam,Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love