Olmaz oldu görüb əhvalımı el xublara aşiq,Eşq nəhyində bu rüsvalığ gör şər’ə müvafiq.

Gəlir olsan, qılaram fərşi-rəhin pərdeyi-çeşm,Dəxi nəm var, əzizim, gözə qarşı sənə layiq?

Gülüb açılmaq umulmaz dəhənindən, məgər oldur,Cüzv kim, ləyatəcəzza1 der ona əhli-dəqayiq.

Bağrımın parələrin gözlərin asmış müjələrdən,Mərdümi-guşənişin, qandanü qandan bu əlayiq?

Gecələr şəm’ yanar, əşk tökər sübh gəlincə,Can verir sübh gələn dəmdə, zəhi aşiqi-sadiq.

Sibqət etmişdi cigər qanı, gözüm yaşına bir dəm,Eşq hökm etdi, yenə cari ola adəti-sabiq.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, özünü guşənişin et xümi-mey tək,Ola nagəh olasan kaşifi-əsrari-həqayiq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love