Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!Biz Vətən aşiqləri baş ilə candan keçmişux,Zalimə "Adil" deyib, baş əymərux, xunxar ola!Zülmdür bu, ya deyil-millət acından can verir,Pişivayi-millətin buğdası yüz anbar ola!Müxtəsər cürm ilə vaizlər məni təkfir edir,Həqqi var yerdən göyə, qafil gərək huşyar ola!Baxma cayi-səcdəyə, allanma, saqi, mey gətir,Hər başıqırxıx kişi zənn eyləmə dindar ola.Ta nə qədri mən sağam, göz açmasın millət gərək,Yuxlasın ta həşr olunca.... Qoymaram bidar ola.Aləmi-meyxanəyə kəc baxma, oğlan, keç görax,Bir belə aləm tapammaz, gər, atan memar ola!Şeyxana, birahə getmaxdan xəyalım var mənim,Çıxmışam yoldan, onunçün qorxuram tərrar ola!Saqiya, çami dolandır başuva, ver, nuş edim,Dərd-sərdən az qalır başım iki xərvar ola!Əhli-qeyrət cənkcur, dəvatələbdir daima,Ey cəmaət, qoymayın tiryakilər meyxar ola!Zahida, bundan ziyadə dinu iman bəsləməzBir çörək ki, mayəsi arpa ilə cövdar ola!Ey cəmaət, məndə yüz batman kəsalət var bu gün,Paylıram-gəlsin aparsın,-hər kəsə, bikar ola!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love