Qürbət
Kim, görəsən, qürbəti icad edib?Hər kəs edib, mən kimi bimar ola!Tərki-diyar eyləməyin baisiOlsa gərək zülmi-tələbkar ola.Qalsa vətəndə gedəcək izzəti,Həm Tükəzin çadrəvü çərqəti,Canuvi incitmə, oğul, övrətiBoşla, vəlov ki, məməsi nar ola.Təzkirə on dörd tümənə maldır,Qol pulu ondan da qınşmaldır,Yolçu nə eşşək və nə hambaldır,Ta bu qədər zülmə xiridar ola.Sən də bilirsən ki, o, tacir deyil,Bunca pulu verməyə qadir deyil,Boşla yaxasın, bura bir yer deyil,Qoy gedə İstanbula, tüccar ola.Göndərə həq hər gün əger rehmətin,Etmez ucuz təzkirənin qiymətin,Eyləyin agah rəsul ümmətin,Cibdə gərək dirhəmü dinar ola.Xərci var həştad tümən getmağın,Ya evi qoy beh, ya da ki, sat bağın,Qorxuram axır yıxıla mitbağın,Perdiləri azimi-bazar ola.Türk mənə verdisə, dörd yüz lirə,Qüssə və qəmdən tutular xirxirə,Ya zəhər iç, ya sal özün təndirə,Qoyma, qərəz, hövsələ çox dar ola.Qarət əger eyləyələr xeyməni,Hərmələvü Xuli və Şimri-dəni,Qüssə boğar yoxsulu, biçarəni,Əllərin, ey mərsiyəxan, var ola!Sinniz əgər baliğ olub əlliyə,Qəddərəni bərk vurun kəlləyə,Bəlkə sizi axirətə yolluya,Xəlq geyə qarə, əzadar ola.Bəs ki, içər şireyi-engurdən,Şairin olmaz xəbəri surdən,Məst çıxar daireyi-gurden,Kaş hamı Möcüz kimi dindar ola!
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-qurbet
Use ← → keys to move, R for a random poem
More by this author
Arvadın bilsə yazıÖzü yazar kağızı,
Sizə mən neyləmişəmBaşıma zülf qoyub saqqalı yoldurmamışam,Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.
Poems by other poets
Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli