Yaşamaq
Nə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.Fəraq dərdinə bir çarə eyləyin, yaran,Mahaldır gecə-gündüz bu hal ilən yaşamaq.Ümid-vəsl ilə xoş saxla xatirin, aşiq,Fəraqə çarə edəmməz məlal ilən yaşamaq.Fəqih mədrəsə hərgiz yeməzdi mali-həram,Əgər müyəssər olaydı həlal ilən yaşamaq.Bahari-ömrü keçibdir bizim Tükəzbanın,Düşüb xəyalimə bir növ-nahal ilən yaşamaq.Əsiri-şəhvət olub, əqlin eyləmə zail,Sənə yaraşmaz, əmucan, maral ilən yaşamaq!Cavan üçündü dəfü nayü məclisi-işrət,Qocayə eybdi zurna-qaval ilən yaşamaq.Cəlali-səltənət aldatmasın səni, ey qız,Ölüm kimi acıdır ağsaqal ilən yaşamaq.Dedim: Otur dizim üstə, əya, nigari-cavanKi, xoşdu Möcüzi-şirinməqal ilən yaşamaq.Dedi: Çəkil o yanə, sürtmə saqqalın üzümə,Mənim işim deyi cəngü cidal ilən yaşamaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-yasamaq
Use ← → keys to move, R for a random poem
More by this author
Hər şəxs gərək eyləyə bir sənətə xidmət,Bir iş görə, ta olmaya mehtaci-cəmaət.
Bu necə əsridi?Yoxdu bir şəxs mənim tək meyə müştaq olsun.Saqiya, ver, iki dünyadə üzün ağ olsun!
Bu necə vilayətdir?Xoşa səadətinə on ki, əhli cənnətdir,Ki, yəni sahibi cahü-cəlalü dövlətdir.
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Poems by other poets · Separation
Göygöl, tərifini çox eşitmişəm,Adın dastan olub dilə düşübdür.
SorğuQarşımda sənmisən,xəyalınmıdır?
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.