Hər şəxs gərək eyləyə bir sənətə xidmət,Bir iş görə, ta olmaya mehtaci-cəmaət.Naçar gərək iş görə qışda, həmi yayda,Çün müftə deyil çay, çörək, qənd, pendir, ət!Amma elə bir iş görəsən ki, onu tariMən eyləməyə, şəri-pəyəmbər verə rüxsət.Mey satmağı mən eyləyib allah təala,Var mənfəəti satmağın; amma, o ticarətİslamə yaraşmaz-onu satsın və qazansın;Mömün onu satsa, gedər imani o saət,Mey içsə, gəzər kuçəvü bazarı tumançaq,Mömün kişi tez kefləni, ey əhli-dəyanət.Gəh nərə çəkər, gəh qəmə-qəddarə müsəlmanBir botri ərəq eyləsə daxil bə imarət.Əkkasə deyin ağzını bassın suya hər gün,Bir qədri, siz allah, verin əkkasə nəsihət.Bir yaxşı düşün, heç bilisən, neylisən, oğlan,Xəllaqmisən ki, çəkisən nəqşə və surət?Qorxum budur axir verə ruh əksə Həsənxan,Əks ağzın aça, söyləyə: Ey əhli vilayət,Əkkas olursuz, hər nə olursuz-olun, əmmaBikar oturun, eyləməyin xəlqə əziyyət!Hərçi deyirəm hacıya, vermir mənə dükkan,Bilməm niyə hacı sözümə etmir itaət?Ey kaş, sınaydı dəvənin qol-qıçı yolda,Hacı qayıdaydı evə başərmü xəcalət.Ey kaş, itireydi pulunu yolda təmamən,Nə Məkkə görəydi, nə Mədinə, nə ziyarət!Eyvah mənim halimə ki, millət ayıldı,Bəh, bəh, nə xoş əyyam idi, əyyami-cəhalət!Əkkas nədir, əks nədir? Bilməz idik heç,Çox yaxşı keçirdi bizim əyyami səbavət.Sındı ələmim, öldü ələmdarım o gün ki,Haçı, məşədi eylədi təbdili-qiyafət.Hər nə deyirəm hacıya: Rəngin qaralıbdır,Ver izn, qoyum daluva bir yaxşı həcamət.Baxmır sözümə, gəlmiri həmmamə və lakinAxır boğacaq hacını əfrati-hərarət.Düşdü necə ki, moddan o baş yarmaq, əmoğlu,Moddan düşəcəkdir o həcamət də nəhayət.Səqqəl gedəcək, bığ gedəcək, çümlə kökündən,Hər kəs qoya səqqəl, ona eyləllə şəmatət.Möcüz, demədim mən sənə dəllak dükanındaXəlqin bığına-saqqalına etmə dəxalət?Çox bizləmə, qoy yuxluya bu köhnə qafalar,Eyvah, əgər diksinə, bidar ola millət!Qolların açıb, gərnəşə gər bu canavarlar,Taqət gətirəmməz daxi zənciri-əsarət.Sən xud səbəb oldui bu işə, xəlqi ayıltdın,Yatmaz daxi bu qovm, ila ruzi-qiyamət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets