Axtarma
Duanəvisdə kəşfü kəramət axtarma,Buyur həmamə və lakin nəzafət axtarma!Onun ki, oxdu həlalü həramdən baki,O hiyləgərdi, sən onda dəyanət axtarma.İtin sədaqəti var, qoy yanında gövduşi,Pişik yalançıdı, onda sədaqət axtarma.Biri deyə: Oxuma, yazma, getmə mədrəsəyə;Onun sözündə-bezində ləyaqət axtarma.Edib xərab tütün tüstüsü onun beynin,Çubuq çəkən qafalarda fərasət axtarma.Kağızuvi yaz özün, sirrüvi demə xəlqə,Oxu səbahü məsa, xabi-rahət axtarma,Qızıl itər, aparar oğru-əyri, sən ey qız.Suvay elmü kəmal, ayrı ziynət axtarma,Araş fəqiri, soruş binəvalərin halın,Madam tuman, zəri yəl, tirmə çərqət axtarma!Ərin məzacini tap, qaynananla rəftar et,Qapı-qapı dolanıb, falçı övrət axtarma.Ayın onu, on üçü birdi, gör bu gün işüvi,Sabahə qoyma işün, "yaxşı saət" axtarma.Anam deyər: Qərə başmaq günahdır. Ey Möcüz,Hələ bu taifədə elmə rəğbət axtarma.
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-axtarma
Use ← → keys to move, R for a random poem
More by this author
Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
CumhuriyyətəSaqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə.
Canlı cənazəMahi-siyam gəldi, məni saldı möhnətə,Ey kaş, gəlmiyəydi oruc bu vilayətə.