– Şair, başın ağarıb,Saçlarına düşüb qar,Nə gözündə təbəssüm,Nə üzündə gülüş var.De, niyə pərişansan?!– Yox, soruşma bunu sən,Bu bir karvan yüküdür,Çəkirəm çiynimdə mən!..Dünya, yaman çalxanır,Dağılarsa təməli,Od vurub yandırarsaOnu bir namərd əli,Düşün sən də, qardaşım,Sən də düşün bir anlıq, –Sönər bütün kainat,Batıb gedər insanlıq!..– Bəli.. Ağır dərddi bu. –Rəngin birdən saraldı,Elə bil ki, üstünüBoran aldı, qar aldı?!– Çoxdandır ki, gözlərimYuxu nədir bilməyir,İztirabdan, fikirdənÜrəyim dincəlməyir!..Dünya insan eşqinəNə sönür, nə dayanır.Gecə-gündüz içimdəBir böyük tonqal yanır!..Demə, başın ağarıb,Gülüşün də donubdur:O tonqalın külüdürSaçlarıma qonubdur.Mən getsəm də dünyadan:Bəzən coşqun, bəzən lal,Yanacaqdır şerimdəAlovlanan o tonqal!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets